AZ

Əhaliyə XƏBƏRDARLIQ: “Pəncərələri bağlayın” – Açıq havada maska TƏLƏBİ

Afrikadan gələn səhra tozu Yunanıstanın paytaxtı Afinada səmanı bürüyüb.

Yenicag.az xəbər verir ki, ölkədə tənəffüs problemi və ürək xəstəliyi olanlara açıq havada idmanla məşğul olmamaq, pəncərələri bağlı saxlamaq və açıq havada maskalardan istifadə etmək barədə xəbərdarlıq edilib.

Məlumatda atmosferdəki səhra toz hissəciklərinin tənəffüs yolu xəstəlikləri olanlar üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib.

Səhra tozuna görə şəhərin mərkəzində və bölgədə görmə qabiliyyəti azalıb. Afinanın səması səhra tozuna görə narıncı rəngə boyanıb.

Yunanıstan Meteorologiya İdarəsi bildirib ki, Yunanıstanın şimal və qərbində palçıqlı yağış gözlənilir.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla