AZ

Latış deputat: Rusiyalı oliqarxların da hesabları dondurulsun!

Getdikcə Avropa Parlamenti Rusiya aktivlərinin müsadirə olunmasını daha çox tələb edir.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN yazıb.

 

Bildirilib ki, keçirilən debatlar zamanı deputatlar dondurulmuş aktivlərdən əldə edilən gəlirin 90 faiz silaha, 10 faiz müdafiə sənayesinə dəstək sxeminə əsasən bölüşdürülməsi prinsipinin yetərli olmamasına etiraz ediblər.

 

Latviya parlamentinin deputatı İvars İyabsın sözlərinə görə, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin 300 milyardı müsadirə edilsə də, təzminat və zərərin ödənilməsi üçün beynəlxalq fondda saxlanılsa belə, bu, hələ də kifayət deyil:

 

"Eyni məbləğlər rusiyalı oliqarxların hesablarında da var. Bu məsələdə sadəlövh olmayaq: onlar Kremlin agentləri və dezinformatorlarıdır. Bunlar Putinə çox yaxın olan insanlardır. Biz təmin etməliyik ki, bu insanların bütün əmlakları dondurulsun".

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla