AZ

“Google” Hollandiyada yeni məlumat mərkəzi yaratmaq üçün €600 mln. investisiya edəcək

“Google” Hollandiyanın Qroningen şəhərində yeni məlumat mərkəzinə 600 milyon avro (640.62 milyon dollar) sərmayə qoyacaq. Ümumilikdə, 2014-cü ildən bəri şirkət Hollandiyada məlumat mərkəzlərinə və əlaqəli rəqəmsal infrastruktura 3.8 milyard avrodan çox sərmayə qoyub.

Yeni məlumat mərkəzinin açılışı 125 yeni iş yerinin yaradılmasına imkan verəcək. “Google” əlavə edib ki, onun tikintisi zamanı davamlı inkişafa və yerli ictimaiyyətə müsbət təsirə üstünlük verəcək.

“Google” Hollandiyadakı ilk ofisini 2002-ci ildə açıb. O vaxtdan bəri şirkət Qroningen və Şimali Hollandiya əyalətlərində iki məlumat mərkəzinin açılmasına və genişləndirilməsinə sərmayə qoyub.

İlin əvvəlində “Google” Londonun şimalında yerləşəcək Böyük Britaniyada ilk məlumat mərkəzini qurmaq üçün 1 milyard dollar sərmayə qoyacağını açıqlamışdı. Məlumat mərkəzi “Google Cloud müştərilərinə və Böyük Britaniyadakı Google istifadəçilərinə etibarlı rəqəmsal xidmətlər təqdim etməyə kömək edəcək”, mesajda deyilir.

Seçilən
85
35
Mənbələr
Şərh ()
Bağla