Bakı. Trend:
Tavuşda sərhədlərin demarkasiyası prosesinə etiraz edən bir sıraerməni saxlanılıb.
Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılanlar Noyemberyan polis bölməsinəaparılıb. Onların hamısı azadlığa buraxılıb, lakin politoloq SurenPetrosyan həbs edilib.
Qeyd edək ki, aprelin 22-də Ermənistanın "Döyüş Qardaşlığı"təşkilatının 5 üzvü saxlanılıb. Təşkilat üzvləri Tavuş vilayətindəinsident törətdiklərinə görə saxlanılıb.