“Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış həkim-laborant Ülviyyə Mübariz qızı Məhərrəmlidən bəhs edəcəyik.
O, 1981-ci ildə Laçın rayonunda anadan olub. 2000-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Biologiya fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
Ülviyyə Məhərrəmli 2009-cu ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-laborant kimi fəaliyyət göstərir.