AZ

Bu pulların "qara qəpik" qədər dəyəri QALMAYIB - VİDEO

Bu pulların "qara qəpik" qədər dəyəri QALMAYIB - VİDEO

Bəzən lazımi anda köçməyə çatır, bəzən də heç əhəmiyyət belə verilmir. Söhbət burada qırmızı qəpiklərdən (1, 3, 5) gedir. Bu qəpiklər gündəlik həyatımızda daha az istifadə olunur. Hətta gündəlik alış-veriş zamanı bizə qalıq kimi qaytarılanda bəzən olur onları heç götürmürük.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Aztv Xəbər" vətəndaşlar arasında sorğu keçirib. Vətəndaşlar bildirib ki, bu qəpiklərin dəyəri çox aşağıdır. Çünki qiymətlərin içərisində qəpiyin qiyməti azdır. Hətta bəziləri qəpiklərdən belə istifadə etmir. Onlar bu qəpiklərin lazımsız olduğunu bildiriblər.

Görünən odur ki, vətəndaşlar kiçik nominallı qəoilərden ya kolleksiya yığmaq üçün ya da 10 qəpikdən aşağı pulları ümumiyyətlə lazımsız sayır:

"Marketlərdə qəpikləri müştərilərə qaytarırıq. Onlar isə bəzən götürmür. İstəmədikləri halda isə onlara kibrit veririk. Bu qəpikləri müştərilərə verdikdə qəbul olunur və biz görürük. Amma elə hallar çox olub ki, müştəri həmin qəpikləri götürmür və çıxıb gedirlər ".

Bəs bu qəpiklərə belə laqeyd münasibət yarandığı təqdirdə 5 qəpikdən aşağı olan nominallara ehtiyac var ?

Ətraflı "Aztv Xəbər"in süjetində:

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla