AZ

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Müdafiə nazirinin müavini, Quru Qoşunlarının Komandanı Hikmət Mirzəyevin də adı var.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu həftə ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi iddia olunur:

"Sənədin hazırlanmasına səbəb Qarabağ müharibəsi və Azərbaycan dövlətində erməni əsilli terrorçulara höküm oxumasıdır. Sənəd haqqında ilk dəfə məlumat ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə müzakirə olunması da maraqlıdır. Elə burdan da məlumdur ki, məhz erməni lobbisinin sifarişiylə hazırlanıb. Düşünürəm ki, əgər hər hansı bir dövlətin yüksək rütbəli məmurlarına sanksiya tətbiqi nəzərdə tutulubsa bu elə birbaşa həmin dövlətə qarşıdır. Ümumiyyətlə siyahıya nəzər salsaq görərik ki, erməni terrorçularının zərərsizləşdirilməsində iştirak edən güc strukturlarını və Azərbaycan hüquq sistemini təmsil edən şəxslərdir. Lakin Xocalı Gəncə Bərdə qatillərinə qarşı heç bir sanksiya tətbiqi nəzərdə tutulmaması özüdə ikilli standartlardan xəbər verir".

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla