AZ

"Çelsi" tarixində belə şey olmamışdı: Gələn vurur, gedən vurur

İngiltərə çempionatının 29-cu turunun təxirə salınmış oyununda "Çelsi" "Arsenal"a məğlub olub.

Publika.az xəbər verir ki, “Emireyts” stadionunda keçirilən London derbisi 5:0 hesabı ilə “topçuların” xeyrinə başa çatıb.

"Zadəganlar"ın bununla cari ölkə çempionatında buraxdığı qolların sayı 57-yə çatıb. Bu da Premyer Liqada klub tarixində bir mövsümdə qeydə alınan ən pis göstəricidir.

Qeyd edək ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi komandanın mövsümün sonuna qədər 6 oyunu var.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla