AZ

Millimizin baş məşqçisi: “Nəticə sevindirici deyil”

“Rəqibi yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm. Əlbəttə ki, nəticə sevindirici deyil”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.

O, Minskdə keçirilən UEFA İnkişaf turnirinin ilk oyunundan sonra Belarusla matç barədə fikirlərini bildirib: “Buna baxmayaraq, ikinci hissədə rotasiyalar, oyunda dəyişikliklər oldu. Komandada perspektiv var və çalışmağa davam edəcəyik. İlk dəqiqədən sonadək mübarizə apardıq. Çalışırıq ki, matçboyu konsenstrasiyanı və oyun intizamını qoruyaq. Görüşün sonlarında qol imkanları yaratmağımız sevindiricidir. Turnirin adı kimi məqsədi də gənc oyunçuların inkişafıdır. Biz də çalışırıq ki, hər oyunçumuz inkişaf etsin. Ötən illə müqayisədə heyətimizdə böyük dəyişikliklər var. Çalışırıq ki, bütün oyunçulara şans verək, onları oyunda sınayaq. Turnirdən bizə lazım olanı götürəcək, sonda hər şeyi təhlil edəcəyik”.

Qeyd edək ki, yığmamız Belarusa 0:4 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla