AZ

Poçettino Lukakunun “Çelsi”dəki gələcəyi haqda danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Roma”da icarədə olan belçikalı hücumçu Romelu Lukakunun London klubunda gələcəyi haqda danışıb.

Arena.az argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Lukaku “Çelsi”nin oyunçusudur. Buna görə də biz mütləq ona daha yaxından baxacağıq. Bu, bir seçimdir. Amma hazırda heç bir qərar verməmişik”, deyə Poçettino vurğulayıb.

Xatırladaq ki, müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan Romelu Lukaku “Roma”da icarə əsasında çıxış edir. “Canavarlar” belçikalı hücumçu ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Geridə qalmış 2022/2023 mövsümünü Lukaku İtaliyanın digər klubu “İnter”də icarədə keçirib. Belçikalı hücumçu “neradzurrinin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Lukaku “Roma”nın heyətində 41 oyunda 18 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu göstəricilərini mövsümün sonuna kimi daha da yaxşılaşdırması gözlənilir. Baxmayaraq ki, təcrübəli forvard zədə səbəbindən sonuncu “Bolonya” ilə oyunda komandasına kömək edə bilməyib

Qeyd edək ki, “Roma”nın Lukakunu heyətdə saxlamaq üçün hansısa addımlar atmaq istəyi barədə məlumat yoxdur. Buna “Çelsi”nin futbolçusunu satmaq üçün kifayət qədər yüksək məbləğ tələb etməsi səbəb göstərilir.

Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 114 oyun keçirib, 83 qol vurub, 17 məhsuldar ötürmə verib.

Lukaku karyerası ərzində “Çelsi” və “İnter”dən başqa, “Everton”, “Anderlext”, “Mançester Yunayted”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı belçikalı mərkəz hücumçusunun transfer dəyətini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla