AZ

Köhnə avtomobillərin taksidən uzaqlaşdırılması qiymətə təsir edəcəkmi? - VİDEO

Köhnə avtomobillərin taksidən uzaqlaşdırılması qiymətə təsir edəcəkmi? - VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən uzaqlaşdırıldığı üçün onların sağında azalma var. Bu da öz növbəsində qiymətində təsirsiz ötüşmür.

Sonxeber.az xəbər verir ki, məsələ bağlı "Xəzər Xəbər" araşdırma aparıb. Sorğu zamanı taksi sürücüləri bir sıra məqamlara aydınlıq gətirib:

"Mən özüm taksi şirkəti ilə işləyirəm. Hardasa 1 manat qədər artım müşahidə olunur. İstər-istəməz taksi sayı azalırsa qiymətlər qalxmalıdır".

Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, qiymətlər ilə bərabər taksilərin keyfiyyətidə artmalıdı:

"Bu islahatlardan sonra, yarıdan çox nəqliyyat vasitəsi dövriyyədən çıxacaqdır. Əslində bizim istədiyimiz yüskək keyfiyyət və komfortlu avtomobildir. Biz bunu istəyiriksə əlavə xərcdə ödəməliyik. Bu fonda qiymətlərin artımı qaçılmazdır:

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla