AZ

Bakıda yük avtomobili minik maşını ilə toqquşub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının sürücüsü dairəyə daxil olarkən VAZ-2121 markalı maşına çırpılıb.

Qəza nəticəsində VAZ-a ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
89
5
sabah.az

10Mənbələr