“Çelsi” Premyer Liqada bir mövsümdə buraxdığı qol sayında klubun antirekorduna imza atıb.
İdman.biz xəbər verir ki, London klubu cari mövsümdə artıq 57 top buraxıb.
Bu, XXIX turun “Arsenal”la matçından (0:5) sonra rəsmiləşib. Maurisio Poçettinonun yetirmələri bu sayda qolu 32 turda buraxıb.
Bunadək “Çelsi”nin antirekordu 55 qolun buraxılması idi. Buna 1994/95 və 1996/97 mövsümlərində təsadüf olunub. Həmin çempionatlarda “zadəganlar” müvafiq olaraq 42 və 38 matç keçirib.
Qeyd edək ki, hazırda 47 xala malik “Çelsi” turnir cədvəlində 9-cudur.
İdman.biz