AZ

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik. Çünki vəziyyətdən sui-istifadə edən dələduzlarda az deyil.

Ölkəmizdə bu problemin həll olunmaması həqiqətən ehtiyacı olanlara qarşı inamsızlıq yaradıb.

Sonxeber.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev "Apa TV"yə açıqlama verib:

"Yardıma ehtiyacı olan insanlar bir kənarda qalıb. Belə işbazlar və dələduzlar bu əməl ilə məşğul olurlar. Onlar insanların mərhəmət hissini istismar edirlər. Sözügedən şəxslər sosial şəbəkələr üzərindən hesablar açır və kart hesablarını göndərirlər. Beləliklə insanlardan yardım istəyirlər".

Bu baxımdan ianə sisteminə sözün əsl mənasında nəzarət olunmalıdır. Məsələn Türkiyədə pul toplamaq üçün nazirlik və dövlət qurumlarından icazə alınır:

"Türkiyədə heç kim icazəsiz pul toplaya bilməz. Qanunvericilik lazımi materiallar dərc edilmişdir. Əgər icazəsiz yardım toplamaqdan söhbət gedirsə, əməli törətmiş şəxslər pul yaxud həbs cəzası ilə üzləşəcəklər ".

Ətraflı "APA TV"nin süjetində:

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla