AZ

Yapon Ay modulu SLIM gözlənilmədən üçüncü Ay gecəsindən sağ çıxdı

Gün batmazdan əvvəl Aydakı Şiori kraterində yuxu rejiminə salınan Yaponiyanın SLIM kosmik gəmisi üçüncü Ay gecəsindən sonra gözlənilmədən işə qayıdıb.

Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb. Agentliyin məlumatına görə, cihazla əlaqə aprelin 23-ü axşam saatlarında bərpa edilib və SLIM ayın səthinin şəklini ötürüb.

JAXA-nın bəyanatında deyilir: “SLIM hətta üç ay gecəsindən sonra da öz dizayn gözləntilərini üstələyərək işləməyə davam edir”.

Yanvar ayında Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi JAXA Ayda Smart Lander for Investigating Moon (SLIM) modulunun ilk fotosunu nümayiş etdirdi.

Mart ayında məlum olub ki, Yaponiya ABŞ-ın Artemis kosmik proqramı çərçivəsində Aya iki astronavtı göndərmək niyyətindədir, missiya 2028-ci ildən sonra həyata keçirilməlidir.

Mənbə: Gazeta.ru

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla