AZ

“Tarixdə bu gün”- 24 apreldə nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

24 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

24 aprel Ümumdünya Laboratoriya Heyvanlarını Müdafiə Günüdür:

 

Bu gün  1979-cu ildə heyvanlar üzərində ağrılı eksperimentlər əleyhinə Beynəlxalq Assosiasiya (İnterNİÇ) tərəfindən təsis edilib və BMT tərəfindən dəstəklənib. Əvvəllər bu gün bir sıra ölkələrdə heyvanları müdafiə təşkilatları tərəfindən qeyd olunurdu, hazırda isə artıq dünyanın hər yerində viviseksiyaya (laboratoriya heyvanları üzərində eksperimentlər və təcrübələr aparılmasına) qarşı hərəkat fəal inkişaf edir. Müxtəlif ictimai və heyvanları müdafiə təşkilatlarının fəalları bu hərəkatı dəstəkləyirlər.

 

24 Aprel Gənclərin Beynəlxalq Həmrəylik Günüdür:

 

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Gənclərin Beynəlxalq Həmrəylik Günü (International Day of Youth Solidarity) qeyd olunur.

Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.

 

24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələr qurulub:

 

Azərbaycan Respublikası ilə Monteneqro arasında ikitərəfli münasibətlər Azərbaycan Respublikası Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanıyıb və 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələr qurulub. 

 

24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılıb.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla