AZ

Məsələ insan haqları deyil: Konqresmenlər ABŞ-ın töfhəsinə kölgə salır

ABŞ-ın bir qrup konqresmeninin Azərbaycanda 40 yüksək vəzifəli şəxsə sanksiya tətbiq edilməsi təşəbbüsü ortaya çıxıb.

Azərbaycanda insan haqlarını pozan şəxslər kimi təqdim olunan siyahı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Buna səbəb isə siyahıdakıların əksəriyyətinin insan hüquqlarına məsul olan şəxslər olmamasıdır.

Söhbət Azərbaycan ordusunun vəzifəli şəxslərindən, xüsusilə Hikmət Mirzəyevdən gedir. Həmin siyahıda Dövlət Sərhəd Xidmətinin çoxsaylı əməkdaşları da var.

Bu isə o deməkdir ki, mövzu insan hüquqları deyil.

Ayrı-ayrı şəxslər iddia edir ki, Hikmət Mirzəyevin adı “Tərtər İşgəncələri”nə görə siyahıya əlavə edilib.

Bu isə inandırıcı deyil. Doğrudan da söhbət Tərtərdəki vəhşilikdən gedirsə, siyahıda Hikmət Mirzəyev deyil, Nəciməddin Sadıqov, Hikmət Həsənov olmalıydı.

Azərbaycanda insan haqlarını qorumaq adıyla belə bir siyahını Konqresə təqdim etmək Amerikadakı erməni lobbisinin Azərbaycanın öz suverenliyini bərpa etməsini hələ də qəbul edə bilməməsindən irəli gəlir.

Bəli, Azərbaycanda insan haqları problemləri var.

ABŞ hökuməti də illərdir ki, Azərbaycanı insan haqları və demokratiya sahəsində vəziyyətə görə tənqid edir.

Azərbaycan cəmiyyətində də hər zaman ABŞ-dan, Avropadan gözləntilər olub.

Amma bu siyahı ABŞ-ın Azərbaycanda insan haqları sahəsindəki fəaliyyətinə kölgə salacaq.

Azərbaycan xalqının qəlbində qəhrəman obrazı olan Hikmət Mirzəyevin adının sanksiyaya salınması cəmiyyətin ABŞ-ın insan haqları siyasətinə inamsızlıq formalaşdıracaq.

Siyahıda olan digər şəxsə- Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə gəlincə, onun da adının bu siyahıya salınması təəccüb doğurmaya bilməz.

Söhbət həbsdəki separatçı liderlərdən gedirsə, onların istintaqı DTX da aparılmır.

Əli Nağıyevin DTX rəisi təyinatından sonra Azərbaycanda İranın kəşfiyyat şəbəkəsi darmadağın edilib.

Eldar Mahmudovun MTN-nə rəhbərlik etdiyi dövrdə başqa qanunsuz əməllərlə məşğul olması, İranın Azərbaycanda böyük agentura şəbəkəsi formalaşdırmasına gətirib çıxarmışdı.

İranı region üçün böyük təhlükə hesab edən ABŞ-ın molla rejiminin Azərbaycandakı dayaqlarını sarsıdan adama sanksiya tətbiq etmək istəyinə ad tapmaq mümkün deyil.

Pərviz Həşimli

Gununsesi.info


Telegram kanalımız
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla