AZ

Şimali Koreya rəsmiləri son 5 ildə ilk dəfə İrana getdi

“Şimali Koreyanın xarici işlər naziri Yoon Conq Honun başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib”.

KONKRET.az İran mediasına istinadən xəbər verir ki, əlavə təfərrüatlar dəqiqləşdirilməyib.

Xatırladaq ki, KXDR rəsmisinin İrana əvvəlki səfəri 2019-cu ildə baş tutub. Daha sonra Şimali Koreya Ali Xalq Məclisinin sədr müavini Park Çol-min İran parlamentinin sədri ilə görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Yeri gəlmişkən, 2012-ci ildə İran və Şimali Koreya ABŞ-a cavab olaraq daha sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. Müqavilə informasiya texnologiyaları, mühəndislik, ətraf mühitin mühafizəsi və digər sahələrdə birgə tədqiqatların aparılmasını nəzərdə tuturdu. Tərəflər həmçinin tələbə və alimlərin mübadiləsini, elmi mübadilə üçün birgə laboratoriyaların yaradılmasını planlaşdırıblar.

Burhan,

KONKRET.az

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla