AZ

Sobçakın bu paylaşımı qazaxların marağına səbəb oldu

Rusiyalı jurnalist Kseniya Sobçak Astanaya işgüzar səfərindən danışıb.

KONKRET.az xəbər verir ki, Sobçakın müşahidələrinə görə, qazaxıstanlılar daha mütərəqqi olublar, ölkədə sağlam feminizm, qardaşlıq və qarşılıqlı yardım üçün əla mühit var. O, bu barədə İnstaqram səhifəsində yazıb.

“Lakin bununla yanaşı ölkədə belə bir anlayış var – “uyat”. Bu, hərfi mənada “utanc” kimi tərcümə olunur və ictimai qınaqla özünü göstərir. Və bu fenomenin bir hissəsi olaraq qadın konservativ normalardan hər hansı bir sapmaya görə utanmağa başlaya bilər… Və təbii ki, bu, mənəvi zorakılığa məruz qalan qadınlara əlavə təzyiqlər yaradır…

Sobçak hesab edir ki, Saltanat Nukenovanın ölümü cəmiyyət üçün dönüş nöqtəsi olub. Məhz bu hadisədən sonra qazaxıstanlılar arxaik təməllərə qarşı birləşiblər. Nəticədə məişət zorakılığına görə cəzalar sərtləşdirilir.

“Əvvəllər əhalinin mühafizəkar hissəsi rahatlıqla qadınlara nəyisə diqtə edirdi: danışma, ictimai yerdə çirkli paltar yuma, sus, nəyəsə döz. İndi isə qızlar nəinki daxili tiranlara qarşı kampaniyada birləşib, həm də xüsusi qanunun qəbuluna nail olublar.

Ümumiyyətlə, indi Qazaxıstanda Saltanat işi fonunda çox maraqlı hadisələr baş verir. Ola bilsin ki, biz bir növ sakit inqilabın şahidi oluruq. Vətəndaş cəmiyyətinin qələbəsi belə olur”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla