AZ

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

Bakı, 24 aprel, AZƏRTAC

Polşada yaşayan gənclər və Polşada təhsil almaq niyyətində olan 50 tələbə üçün hazırlanmış tam təqaüdlü karyera təlimində dərslərin keçirilməsi davam edir.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Polşanın paytaxtı Varşavada yerləşən Azərbaycan Evinin dəstəyi ilə aprelin 1-dən başlayan tam təqaüdlü karyera təlimi 10 ildən çox maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazovun rəhbərliyi ilə keçirilir.

Qeyd edək ki, yaxın zamanlarda Varşava Azərbaycan Evində növbəti maraqlı layihələrin icrasına başlanılacaq.

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla