AZ

Tasmaqambetovdan MESAJ: "İrəvan fəaliyyətini sondursa da, KTMT tam şəkildə..."

Ermənistan hakimiyyətinin KTMT-də qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimidir.

Publika.az xəbər verir ki, vu barədə “İzvestiya” qəzeti KTMT-nin baş katibi İmanqali Tasmaqambetova istinadən məlumat yayıb.

O qeyd edib ki, təşkilata üzv olan bütün dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər.

Tasmaqambetov əlavə edib ki, İrəvanın təşkilatın işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, KTMT Ermənistan qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməkdə davam edir.

Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təşkilat Ermənistanın qaldırdığı suallara cavab verməsə, İrəvan KTMT-dən çıxacaq. Müzakirə məhz bu strukturun Ermənistan ərazisindəki məsuliyyət zonası mövzusu ətrafında olub. Onun sözlərinə görə, İrəvanın müqavilə çərçivəsində fəaliyyətinin dondurulması siyasi qərardır.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla