AZ

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Bakı. Trend:

Ukrayna MDB-yə üzv ölkələrin mülki aviasiyasınınmodernləşdirilməsinə dair sazişdən çıxıb.

Trend-inməlumatına görə, bu barədə Ukrayna Ali Radasındakı hökumətnümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu qərar milli təhlükəsizlik vərespublikanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyününqorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə qəbuledilib.

Nəşr qeyd edir ki, ölkə bir sıra digər beynəlxalq müqavilələrdən- “İnternaviqasiya” Dövlətlərarası Maliyyə-Sənaye Qrupununyaradılması haqqında, MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalqnəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında, ocümlədən MDB ölkələrinin beynəlxalq avtomobil daşıyıcılarının əlavəhazırlığı və peşə səriştəsinə dair tələblərin uyğunlaşdırılmasıhaqqında sazişdən də imtina edib.

Seçilən
156
3
Mənbələr
Şərh ()
Bağla