AZ

İtaliya kubokunda ilk finalçı bilindi

style='margin-bottom:10px;'>

İtaliya kubokunda ilk finalçı müəyyənləşib.

QOL.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Latsio" "Yuventus"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq Turin təmsilçisi ilk görüşdə 2:0 hesablı qələbə qazandığı üçün iki qarşılaşmanın nəticəsinə əsasən finala yüksəlib.

"Latsio" - "Yuventus" - 2:1
Qollar
: Kastelyanos, 12 (1:0), 48 (2:0), Milik, 83 (2:1)
İlk oyun - 0:2

Xatırladaq ki, İtaliya kubokunun finalına ikinci vəsiqə “Atalanta” ilə “Fiorentina” arasında oynanılacaq.

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla