AZ

Ərdoğan bağlı qapılar arxasında Paşinyana nə deyib? - Sirlər açılır

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin “erməni soyqırımı” iddiasından imtina etməsi üçün proses başlayıb”.

Herbiand.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bunu erməni türkoloq Tiran Lokmaqozyan deyib.

“Beləliklə Türkiyənin əsas tələblərindən biri olan “erməni soyqırımı”ndan imtina istiqamətində addımların atıldığını açıq-aydın görürük. İrəvan hakimiyyəti Azərbaycan və Türkiyənin tələblərini addım-addım yerinə yetirir”, – T.Lokmaqozyan qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” barədə mesaj verib:

“Uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, reallqlarla hərəkət etmək yaxşıdır. Artıq Nikol Paşinyan da bunu başa düşür. “Biz qondarma “erməni soyqırımı” ilə bağlı açıq danışmışıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. Ümid edirəm, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək”.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla