AZ

Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"

"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu və hücumçusu Markus Tyuram sosial şəbəkədə klubun  prezidenti Stiven Çjanqla zarafatlaşıblar.

Bizim.Media xəbər verir ki, onlar canlı yayımda "İnter"ə transfer olunmaqları ilə bağlı maraqlı dialoq qurublar. 

Turam: Cənab prezident, bizi 0 avroya aldınız!

Çalhanoğlu: Bir fincan qəhvə Turamla məndən bahadır (gülür) .

Turam: Pulumuzu almalıyıq.

Çjanq: Bu canlı yayıma qatılmağın səhv olduğunu bilirdim (gülür) .

Xatırladaq ki, Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər "Milan"da çıxış edib. Turam isə ötən yay azad agent kimi "İnter"ə qoşulub.

Bizim.Media
 

 
Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla