İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Arsenal” “Çelsi”ni qəbul edib.
London derbisində “topçular” “zadəganlar”ı meydana çıxmağa peşman ediblər.
“Emireyts”dəki oyun ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın qəhrəmanlarından olan Haverts və Uayt dublla yadda qalıblar.
Bu nəticədən sonra “Arsenal” turnir cədvəlində liderliyə yüksəlib. 77 xala malik komandanı 3 xal fərqlə bir oyun az keçirən “Liverpul” izləyir. “Çelsi” isə 47 xalla 9-cu sırada qərarlaşıb.