AZ

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Bakı, 24 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib. Görüş "topçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.

Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib. "Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

Seçilən
40
9
Mənbələr
Şərh ()
Bağla