AZ

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.

 

Sfera.az bildirir ki, turist cütlük cəngəllik meymunlarının sığınacağında gəzərkən meymunlardan biri onlarla şəkil çəkdirmək qərarına gəlib. Bu meşədəki heyvanlar üçün xarakterik davranış olsa da, həm cütlük, həm də şəkli görənlər şoka düşüb.

 

Ubud Müqəddəs Meymun Meşəsi, təxminən 12,5 hektar ərazini əhatə edən və təxminən 1200 meymunun yaşadığı Padanqteqal kəndindəki təbiət qoruğudur. Buradakı meymunlar uzunquyruqlu Bali meymununudur.


14-cü əsrdən bəri müqəddəs yer sayılır və burada üç məbəd var. Meymunlarlın hər biri ilə selfi çəkdirmək üçün xidmət 2,50 funt sterlinqə təklif edilir. Bu kimi selfilərin insanlar üçün həm qoruma, həm də fitnə-fəsad simvolu olduğuna inanılır.


Bu günün özündə də bu qoruğu həyati bir qoruq sahəsi kimi saxlamağa məhz turizm sahəsi kömək edir. İdarəçilər bu üsulla həm insanların ətraf mühitlə harmonik mübadilə yolu ilə mənəvi və fiziki rahatlıq tapmasını təmin edir, həm də onları bu ərazilərdə yaşayan heyvanlarla tanış olmağa dəvət edir.

 

Meymunlar meşədə 10 ayrı qrup şəklində yaşadığı və hər birinin öz yaşayış yeri olduğu güman edilir. Qidaları şirin kartof və bananlardan ibarət olduğu üçün turistlər və meşə işçiləri onları məhz bu sabit qidalarla yedirirlər. 


Bunun müqabilində isə meymunlar turistlərlə selfi edir.

 

Aynil

Sfera.az

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla