AZ

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

Bosniya

Sarayevo, 24 aprel, AZƏRTAC

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin Rəyasət Heyətinin sədri Denis Beçiroviçlə görüşüb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib. Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla