AZ

NATO Polşada nüvə silahı yerləşdirir? - Stoltenberq açıqladı

NATO-nun Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Bakupost.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında deyib.

"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur", - Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.
Seçilən
53
14
Mənbələr
Şərh ()
Bağla