Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Futbolpress.az xəbər verir ki, "Ankaragücü" "Beşiktaş"ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Komandalar arasında cavab görüşü mayın 7-də baş tutacaq. Çütün digər qarşılaşmasında isə "Trabzonspor" "Karagümrüklə" üz-üzə gələcək. Matç aprelin 24-də, saat 21:30-da baş tutacaq.