AZ

Pulları ilə dəfn edilən gəncin sirri: Məzarı on əsr sonra açıldı

İsveç arxeoloqları qazıntılar zamanı XII əsrə aid məzar və onunla birlikdə basdırılmış xəzinə tapıblar.

Teleqraf.com yazır ki, tapıntı İsveçin Visinqse adasındakı qədim kilsədə məzarın qazılması zamanı aşkarlanıb.

Tədqiqatçıların fikrincə, sikkələr ölən zaman 20-25 yaşlarında olan gənc kişinin məzarından tapılıb. Ümumilikdə 170 gümüş brakteat aşkar edilib. Brakteat sikkə formalı nazik metal parçasıdır.

Tapıntı bəziləri üçün sadəcə metal parçaları kimi görünsə də, İsveç tarixçiləri bu kəşfin onların qədim zərgərlik sənayesi üçün vacib olduğunu deyirlər.

“Tapıntı çox özəldir, ona görə ki, o dövrə aid belə tapıntılar azdır, bəzi sikkələr isə əvvəllər ümumiyyətlə naməlum idi”, - arxeoloqlar bildirirlər.

Arxeoloqları çaşdıran sikkələrin bir xristian məzarından tapılmasıdır. Xristianlar üçün orta əsrlərin ilkin dövrlərində sikkələrlə dəfn və ya xəzinəni məzarlarda gizlətmək adət deyildi.

Xristian qəbirlərində belə tapıntılar nadirdir, bu təcrübə eramızdan əvvəlki dövrlərə gedib çıxır. Visinqsenin tapıntısını xüsusi edən də budur.

İyirmi yaşlı gəncin niyə bütün bu pullarını qəbrə gətirdiyi hələ də məlum deyil. Arxeoloqlar araşdırmaya davam etdikcə daha çox dəlil əldə edəcəklərinə ümid edirlər.

İsveçli tədqiqatçılar tapıntını “sensasion” adlandırırlar.

“Bu, Götalandda erkən orta əsr sikkələrinin tarixini dəyişdirəcək və məlum olmayan bir dövrə işıq salacaq tamamilə sensasion tapıntıdır”, - arxeoloq İva Yonsson vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla