AZ

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.
 

Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəfindən tövsiyə olunan sadə bir test saçınızın vəziyyətini düzgün qiymətləndirməyə kömək edəcək.
 

Tatyana Şapovalenko deyib ki, normalda hər gün 100-ə qədər saç tökülə bilər.
 

"Saçlarınızın tökülüb-tökülmədiyini anlamaq üçün çox sadə bir test var. Ovucunuzu düzəltməli, barmaqlarınızı möhkəm sıxaraq saçlarınızı kökdən uca doğru zorla keçirməlisiniz. Barmaqlarınızın arasında 5-dən çox tük varsa, onda bu, artıq həyəcan siqnalıdır. 5-ə qədər tük normal sayılır”, - ekspert izah edib.

İnci

Sfera.az

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla