AZ

“Patriot” sistemləri Ukraynada istehsal oluna bilər

““Patriot” raket sistemləri demək olar ki, tamamilə Ukraynada istehsal oluna bilər. Prezident Vlodimir Zelenskinin 2023-cü ildə ABŞ-a iki səfəri zamanı bu məsələ qaldırılıb - Patriot istehsalının lokallaşdırılması”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib.

“Sistemlər qismən Ukraynada istehsal oluna və hazır məhsul kimi ölkə ərazisində də yığıla bilər. . İstehsal texnologiyalarının başqa ölkələrə ötürülməsi təcrübəsi var. Bunun üzərində işləyirlər", - deyə diplomat qeyd edib.

Bizim.Media
 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla