AZ

Emil Mustafayev darmadağına əngəl ola bilmədi - TURUN İCMALI

Ukrayna çempionatında 25-ci turun oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, çempionluğa iddialı “Dinamo” Lobanovskinin adını daşıyan stadionda “Polesye”ni darmadağın etdi. 32-ci dəqiqədə hesabı açan kiyevlilər 2-ci hissədə daha iki qol vurdu. “Polesye”nin azərbaycanlı futbolçusu Emil Mustafayev yalnız ilk yarıda meydanda oldu.

Lider “Şaxtyor” dünən “Zarya” ilə qarşılaşdı və əzmkar qələbə sayəsində “Dinamo” ilə xal fərqini qorudu. Daha bir iddialının – “Dnepr-1”in son vaxtlar göstərdiyi nəticələr təəccüb doğurur. Yuri Maksimovun çalışdırdığı komanda son 10 oyunun yalnız ikisində qələbə qazanmaqla “Şaxtyor”la “Dinamo”nu çox irəli buraxıb. Hesabat turunda “Veres”lə heç-heçə edən “Dnepr”in bürünc medal qazanması belə çətin görünür. Amma “Krivbass” “Çernomorets”i səfərdə məğlub etməklə mövsümü “bürünc”lə bitirmək yolunda daha bir addım atdı.

Qalan oyunlara gəlincə,“Kolos” “Vorskla” ilə səfər oyununda qapı çərçivəsinə iki zərbə vurdu və ikisi də qol oldu. Bununla da “Kolos”un 6 oyunliq qələbəsiz seriyası bitdi. Ardıcıl 2-ci qələbəsini qazanan LNZ ortalarda qərarlaşıb. Qərbi Ukrayna derbisində “Minay”la “Rux” heç-heçəyə razılaşdı. Elə autsayderlərin – “Metallist 1925” ilə “Obolon”un duelində də eyni hesab qeydə alındı.

25-ci tur
Şaxtyor – Zarya 2:1
Eginaldo, 72. Sikan, 87 – Antyux, 50.
Dinamo – Polesye 3:0
Vanat, 32. Şaparenko, 51. Buyalski, 77.
Veres – Dnepr-1 1:1
Daxnovski, 19 – Adamyuk, 33.
Çernomorets – Krivbass 1:2
Braqaru, 44 – Lunyov, 46. Bandeyra, 72.
Vorskla – Kolos 0:2
Bezborodko, 53-p. Veleten, 87.
Aleksandriya – LNZ 1:2
Kopına, 16 – Naumets, 45. Eynel, 82.
Minay – Rux 1:1
Petko, 67 – Kvasnitsa, 77.
Metallist 1925 – Obolon 1:1
Sidorov, 65 – Çernenko, 9.
1. Şaxtyor 24 18 4 2 51-20 58
2. Dinamo 24 17 3 4 57-24 54
3. Krivbass 25 15 6 4 44-25 51
4. Dnepr-1 25 12 9 4 35-23 45
5. Rux 25 10 11 4 36-26 41
6. Polesye 25 11 6 8 31-26 39
7. LNZ 25 8 8 9 25-28 32
8. Vorskla 25 8 6 11 23-37 30
9. Çernomorets 24 9 2 13 34-34 29
10. Kolos 24 6 10 8 18-19 28
11. Zarya 24 6 8 10 25-32 26
12. Aleksandriya 25 6 7 12 22-34 25
13. Obolon 25 4 9 12 16-35 21
14. Veres 24 4 8 12 22-35 20
15. Metallist 1925 25 4 7 14 25-44 19
16. Minay 25 2 10 13 18-40 16
Bombardirlər: Vanat (Dinamo) – 12, Buyalski (Dinamo) – 9.

Növbəti turun oyunları aprelin 27-29-u aralığında keçiriləcək: Dnepr-1 – Dinamo, Minay – Çernomorets, LNZ – Şaxtyor, Rux – Veres, Zarya – Obolon, Kolos – Aleksandriya, Krivbass – Metallist 1925, Polesye – Vorskla.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla