AZ

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

“Metropark” Mənzil-Tikinti Kooperativi (MKT) barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, MKT İnzibati Xətalar Məcəlləsinin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur. 

518.3-cü maddəyə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
73
3
Mənbələr
Şərh ()
Bağla