AZ

Yaponiya Fələstinin BMT-yə üzvlüyü ilə bağlı danışıqları dəstəkləməyə davam edir

Yaponiya hökuməti bəyan edib ki, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dair qətnamə layihəsinə veto qoyulmasına baxmayaraq, o, Yaxın Şərqdə danışıqlar yolu ilə “iki dövlət həllini dəstəkləməyə” davam edir.

Xarici işlər naziri Kamikava Yoko Fələstinin BMT-yə üzvlük şərtlərini yerinə yetirdiyini qəbul etdiklərini və hərtərəfli qiymətləndirmədən sonra qətnamə layihəsinin lehinə səs verdiklərini bildirib.

O bildirib ki, Yaponiyanın Fələstini bir ölkə kimi tanıması ehtimalı ilə bağlı heç bir dəyişiklik yoxdur.

Yaponiya Yaxın Şərqdə danışıqlar yolu ilə “iki dövlət həllini dəstəkləməyə” davam edəcəyini və bu prosesin irəliləməsinə töhfə verməyə davam edəcəyini bildirib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla