AZ

Şoyqunun müavini saxlanıldı

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb", - məlumatda deyilir.

Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.

Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Seçilən
30
44
Mənbələr
Şərh ()
Bağla