AZ

Rəisi: İrana hücum olacağı təqdirdə İsraildən nəyinsə qalıb-qalmayacağı bəlli deyil

İran prezidenti İbrahim Rəisi İslam Respublikası ərazisinə hücum olacağı təqdirdə “İsrail rejimi”nin mövcudluğuna şübhə edib.

O, bu barədə Pakistanın Lahor Universitetinə səfəri zamanı bildirib.

Rəisi vurğulayıb ki, İran ərazisinə hücum olarsa, yəhudi dövləti ağır nəticələrlə üzləşəcək.

"İsrail yenidən səhv edib İran ərazisinə hücum etsə, tamamilə fərqli nəticələrlə üzləşəcək və İsraildən nəyinsə qalıb-qalmayacağı bəlli deyil", - deyə İran lideri qeyd edib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla