AZ

Qanlı pusqu: Evinə girərkən vuruldu

İzmirdə bir nəfər evinə girərkən öldürülüb.

News24.az xəbər verir ki, hadisə gecə saat 03.30 radələrində baş verib.

İddialara görə, bir müddət əvvəl həbsdən çıxan Ömər Gülən evinə girərkən şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Açılan atəş nəticəsində kürəyindən güllə yarası alan Gülən qanlar içində yerə yıxılıb. Gülənin qohumları güllə səsinə tələsərək vəziyyəti həkim və polislərə çatdırıblar.

Güləni təcili yardımla xəstəxanaya aparıblar. Ancaq onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, polis Güləni pusquya salaraq öldürən şəxs və ya şəxslərin tutulması üçün əməliyyata başlayıb.

Günel Məlikzadə

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla