AZ

Yüksək Liqa: “Azərreyl” qadınların yarışında da çempion oldu!

Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatının (Yüksək Liqa) 2023/2024 mövsümünün qalibi bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçirilən final matçında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər.

Oyundan əvvəl Regional Voleybol Klublarının yeniyetmə qız voleybolçularının iştirakı ilə voleybol festivalı keçirilib. Ardından Regional Voleybol Klublarının voleybolçuları və finalçıların iştirakı ilə komandaların paradı baş tutub. Sonra Azərbaycan çempionatının kuboku meydançaya gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra final qarşılaşması start götürüb.

Gərginliyi ilə yadda qalan bu görüşdə “Azərreyl” 3:1 hesabı ilə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. “Abşeron” isə Yüksək Liqanın gümüş medalına sahib çıxıb. Bürünc medalı isə üçüncü yer uğrunda görüşdə “Gəncə”ni məğlub etmiş “Murov” klubu qazanıb.

Oyundan sonra mükafatlandırma mərasimi və çempionatın bağlanış mərasimi keçirilib.

Xatırladaq ki, ötən gün kişilər arasında təşkil olunmuş Azərbaycan çempionatının final görüşündə də “Azərreyl” “Murov”u 3:2 hesabıyla məğlub edərək çempion olmuşdu.

Yüksək Liqa
Final
22 aprel

“Azərreyl” – “Abşeron” 3:1 (25:13, 15:25, 25:21, 25:21)

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla