AZ

ICAN: NATO Polşada nüvə silahı yerləşdirməklə beynəlxalq müqavilələri pozacaq

Şimali Atlantika Alyansına üzv dövlətlər Polşada belə silahlar yerləşdirsələr, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozacaqlar.

Bu barədəNüvə Silahlarını Ləğv Etmək üzrə Beynəlxalq Kampaniya (ICAN) məlumat yayıb.

Təşkilat xatırladıb ki, sənəd dövlətlərə başqa ölkənin nüvə silahını yerləşdirməyi qadağan edən yeganə beynəlxalq müqavilədir.

ICAN RİA Novosti- yə bildirib ki , “NATO üzvləri nüvə silahının paylaşılmasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə uyğun olduğunu iddia edirlər, lakin bu, həmin müqavilənin mətnini olmasa da, ruhunu açıq şəkildə pozur”.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla