AZ

"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"

"Hollandlı kişinin xəstəliyi müddətində virus mutasiya edərək müxtəlif müalicə metodlarına uyğunlaşıb və onları "görməzdən gəlib..."
 
Xəstəliyin 613 günündə 50 mutasiya baş verib...
 
Niderlandda, demək olar ki, iki il ərzində koronavirusa yoluxan 72 yaşlı kişi dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
 
Holland təqaüdçüsü 2022-ci ilin fevralında "omikron BA.1.17" ştammına yoluxub. O, Amsterdamın Universitet Xəstəxanasında müalicə alıb.
 
Yoluxma məqamında kişidə sümük iliyinin xəstəliyi olub, bu da onun kötük hüceyrələrinə və eritrositlərinə təsir edib. Həmçinin onda leykemiya inkişaf edib.
 
Bu xəstəliklərin müalicəsinə immun sistemini zəiflədən preparatlar qəbul edib. Bu səbəbdən yaşlı hollandlının orqanizmi təbii yolla koronavirusun öhdəsindən gələ bilməyib.
 
"Covid"in müalicəsi üçün həkimlər eksperimental "Sotrovimab" preparatı tətbiq edib.
 
Lakin preparatın qəbulundan 21 gündən sonra koronavirus ona uyğunlaşıb və artıq bu dərmana reaksiya verməyib.
 
Kişi ümumilikdə COVİD-lə 613 gün xəstə olub. Bu müddət ərzində vurus təqaüdçünün orqanizmində təxminən 50 dəfə mutasiya edərək, müxtəlif müalicə metodlarına uyğunlaşıb və onları "görməzdən gəlib".
 
Alimlər bu halı detallı şəkildə tədqiq edib və onun nəticələrini Barselonada keçiriləcək konqres bölüşmək niyyətindədir.
 
Mütəxəssislərin sözlərinə görə, xəstəliyin belə inkişaf dinamikasında elm üçün uzah edilməyən heç nə yoxdur, lakin xəstəliyin 613 gün davam etməsi ekstraordinardır.
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla