AZ

Rusiyada müdafiə nazirinin müavini saxlanılıb

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti (rüşvət alma) törətməkdə şübhəli bilinərək Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.
 
İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur.

www.anews.az
Seçilən
61
44
anews.az

10Mənbələr