AZ

Lunin "Real"ın təklifini rədd edib...

"Real"ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin "Mançester Yunayted"ə keçə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "TodoFichajes" məlumat yayıb. Qeyd olunub ki, ukraynalı futbolçuya yaxın mənbələr qapıçının "Real"ın müqaviləni uzatmaq təklifini rədd etdiyini təsdiqləyir. Maddi vəziyyətinin xeyli yaxşılaşmasına baxmayaraq, Lunin hazırda zədəsini sağaltmaqda davam edən Tibo Kurtuanın kölgəsində qalmaq istəmir.

Mənbənin sözlərinə görə, “Mançester Yunayted” Luninə “Real”ın təklifindən xeyli üstün olan şərtlər təklif etməyə hazırdır, həmçinin ukraynalıya komandanın hədəfində ilk bir nömrə rolunu vəd edir.

Luninin "kral klubu" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 25 yaşlı qolkiper bütün turnirlərdə paytaxt klubunun heyətində 28 matçda iştirak edib və 25 qol buraxaraq, 12 dəfə qapısını "quru" saxlayıb.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla