AZ

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olan zamanı rəngli görüntülər qeydə alınıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ştaynmayer Almaniyanın Tarabyadakı səfirliyinin yay iqamətgahında dönər kəsərək ətrafdakıları qonaq edib.

O, bildirib ki, Almaniyada dönərdən daha çox satılan, daha çox yeyilən və hətta ixrac edilən heç bir fast food yeməyi yoxdur. Dönər artıq Almaniyanın milli yeməyinə çevrilib.

Dəvətdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, İstanbul valisi Davud Gül, 11-ci prezident Abdullah Gül, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, səfir Feridun Sinirlioğlu, Federal Məclis sədrinin müavini Aydan Özoğuz və Almaniya Federal Deputatları Serap Güler, Nils Schmidt iştirak ediblər.

Qonaqlar dönər yemək üçün uzun növbələr yaradıblar.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla