AZ

“Qəbələ” çempiondan xal aldı - REPORTAJ

“Qarabağ”ın autsayder “Qəbələ”ni qəbul etdiyi oyunda nə qədər qəribə olsa da, “qırmızı-qaralar”ın azarkeş qrupu “Red-Black Army” də var idi.

Həmçinin ağdamlıların əsas fanklubu “İmarət Tayfa” dayerində idi. Onların xaricində sektorlar bomboş qalmışdı.

Matça meydan sahibləri fəal başladı. 6-cı dəqiqədə Keytanın ötürməsini Patrik Andrade zərbə ilə tamamlasa da, dəqiq ola bilmədi. Qonaqların buna cavabı gecikmədi. Təxminən 3 dəqiqə sonra “qırmızı-qaralar” Allaşla hesabı açdı. Lakin yan xətt hakiminin müdaxiləsindən sonra qol qeydə alınmadı. 10 dəqiqə sonra isə “Qəbələ” istəyinə çatdı. Allaşın düşünülmüş ötürməsini Auaşeriya bir toxunuşla qapıya göndərdi – 1:0. Buraxılan topdan sonra “Qarabağ” dərhal irəli atıldı. Patrikin zərbəsi yaddaqalan oldu. O, təxminən 7-8 metrdən başla dəqiq ola bilmədi. 32-ci dəqiqədə isə Diakabi hesabı bərabərləşdirdi. Lakin bu qol da qeydə alınmadı. Çünki həmin hücumun başladığı nöqtədə Allaşa qarşı kobudluq qeydə alınmışdı. Baş hakim VAR-ın köməyi ilə epizodu gördü və cərimə zərbəsi təyin etdi. Çox keçmədən, Toral Bayramovun kornerdən ötürməsini Mateus Silva başla “çərçivə”yə göndərdi. Qolkiperin belə çatmadığı topu Allaş boş qapıdan çıxardı.

İkinci yarı da eyni ssenari ilə başladı. Hətta artıq 47-ci dəqiqədə ağdamlılar yenidən fərqləndi. Lakin bu səfər də Cica oyundankənar vəziyyətdə olduğundan qol qeydə alınmadı. 66-cı dəqiqədə isə Qurban Qurbanovun əvəzetmələri özünü doğrultdu. Meydana yenicə daxil olan Benzya hesabı bərabərləşdirdi. “Qəbələ” şokdan ayılmamış bu dəfə Zubir səhnəyə çıxdı – 2:1. Amma qonaqlar oyundan qopmadı və sona qədər mübarizə apardı. Bunun nəticəsində Xalaylanın zərbəsindən sonra dirəkdən dönən topu Akakpo qapıdan keçirdi – 2:2. Matçın sonlarında isə “qırmızı-qaralar” hesabda önə də çıxa bilərdi. Urfan Abbasovun baxımlı zərbəsini qolkiper küncə çıxardı.

Beləliklə, çempionla səfərdə heç-heçə edən “Qəbələ” xal sayını 17-yə çatdırdı.

Gözdən qaçmadı
* Bəhlul Mustafazadə və Amin Ramazanov matçı tribunadan izləyirdi.
* Baş hakim “Qarabağ”ın xeyrinə aut qərarı versə də, Qurban Qurbanov futbolçularına topu “Qəbələ”yə ötürməyi tapşırdı.
* Qurbanov ilk hissədə qeydə alınmayan qol epizodundan sonra Allaşla söhbətləşdi, onun durumu ilə maraqlandı.
* “Qarabağ Ordu” və ağdamlıların digər fanklubları tribunada görünmədi.

İSMAYIL XEYRULLAYEV

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla