AZ

ABŞ Rusiyaya görə Çinə saksiyalar tətbiq edə bilər

ABŞ Rusiya ilə əməkdaşlıq edən Çin banklarını hədəf alıb.

The Wall Street Journal (WSJ) yazır ki, Vaşinqton Çin kredit təşkilatlarını qlobal maliyyə sistemindən kəsəcək sanksiyalar hazırlayır.


ABŞ-da iddia edilir ki, Çin bankları elektron sxemlərin, təyyarə hissələrinin, maşınların, dəzgahların və digər ikili təyinatlı malların Rusiyaya ixracında əsas vasitəçidir, çünki onlar ödənişləri emal edir və ticarət üçün kredit verirlər.

Eyni zamanda, ABŞ rəsmiləri etiraf edirlər ki, əgər Vaşinqton Rusiyaya tədarükün məhdudlaşdırılmasına dair diplomatik səylərlə Pekini razı sala bilməsə, Çin banklarına məhdudiyyətlərin qoyulması son çarə olacaq.

www.anews.az
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla