AZ

"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"

"Müharibə İsrailə və Qəzza bölgəsinə baha başa gəlib, bölgə sakinlərinin böyük sayda sakini qətlə yetirilib, insanların həlak olması və əzabları dünyada pislənilib, İsrailə hətta müttəfiqləri tərəfindən dəstək sarsılıb..."
 
"İsrail HƏMAS-ı məhv etməyib və məhv edə bilməz, amma 7 oktyabr hadisələrinin təkrar olması ehtimalı çox azdır..."
 
Qəzza bölgəsində müharibədən keçən altı aydan sonra İsrail hələ də öz başlıca məqsədlərinə-girovların azad edilməsi və HƏMAS-ın tamamilə məhv edilməsinə nail olmayıb.
 
Moderator.az xəbər verir ki, bu barə Amerikanın "The New York Times" nəşri yazıb.
 
Bəli, İsrailin bölgədə hərbi əməliyyatları bu təşkilatı zəiflədib. Onun əksər taborları demək olar ki, tamamilə məhv edilib, qalıqları pərən-pərən olub. Minlərlə terrorçu öldürülüb, hər halda bir nəfər yüksək vəzifəli hərbi rəhbər aradan görürülüb.
 
Lakin itkilərinə rəğmən, HƏMAS hələ də yerin üstündə və altında xeyli gücə malikdir. Qəzza bölgəsinin şimalında onun 4-5 min yaraqlısı cəmləşib, nəşr yüksək etibarlı israilli, habelə amerikalı mənbələrə istinadən qeyd edib.
 
"İsrailin HƏMAS-a vura biləcəyi böyük zərərə rəğmən, onun hələ də imkanları, dayanıqlığı, maliyyəsi və bütün döyüş əməliyyatları, bütün dağıntılar və bütün insani itkilərdən sonra ona qoşulacaq insanların uzun növbəsi var", - bunu Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti Duqlas London qeyd edib.
 
Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, HƏMAS həqiqətən döyüş gücünün xeyli hissəsini itirib. Lakin qəzetin yazdığına görə, bu o demək deyil ki, təşkilat məhv edilib.
 
HƏMAS-ın Qəzza bölgəsində ali rəhbərliyinin böyük hissəsi öz yerlərindədir, yeraltı tunellər şəbəkəsi və operativ mərkəzlərdə gizlənib.
 
İsrailin rəsmi şəxsləri qeyd edir ki, HƏMAS əvvəlkitək "yerin üstü və altında çoxçu gücə malikdir".
 
Nəşrin dəyərləndirməsi və proqnozlarına görə, təşkilatı sırf hərbi metodlarla tamamilə məhv etmək mümkün olmayacaq, lakin onun bərpa olması templəri bir çox cəhətlərə görə İsrailin döyüş əməliyyatlarından sonra atacağı növbəti addımlardan asılı olacaq, nəşr yazıb.
 
Müharibə İsrailə də, Qəzza bölgəsinə də baha başa gəlib, Amerika analitikləri qeyd edib. 
 
Bölgənin böyük sayda sakinləri qətlə yetirilib, bölgədə aclıq başlayıb, insanların həlak olması və əzabları dünyada pislənilib və İsrailə hətta öz müttəfiqləri tərəfindən dəstəyk sarsılıb.
 
Nəşrin məlumatına görə, ABŞ artıq hesab edir ki, İsrailin Qəzzada hərbi əməliyyatı bitməlidir, lakin yəhudi dövləti HƏMAS-ın yüksək vəzifəli liderlərinə qarşı mübarizəni davam etdirə bilər.
 
Amerikanın rəsmi şəxsləri İsrailin intensiv əməliyyatlarının daha iki ay davam edə biləcəyi "gümanlarına skeptik yanaşır".
 
Vaşinqton hesab edir ki, İsrail HƏMAS üzərində qələbə barədə elan etməli və mübarizənin digər metoduna, məhz təşkilatın yüksək vəzifəli liderlərinə qarşı mübarizəyə keçməlidir. 
 
Amerikanən adları açıqlanmayan rəsmi şəxsləri nəşrə bəyan edib ki, İsrail HƏMAS-ı məhv etməyib və məhv edə bilməz, lakin 7 oktyabr 2023-cü il hadisələrin təkrar olunması ehtimalı çox azdır.
Seçilən
127
50
Mənbələr
Şərh ()
Bağla