AZ

İlham Əliyevin uğurlu Moskva səfərinin məqamlarla yadda qalan məqamlarıVİDEO

Prezident İlham Əliyevin Moskvaya işgüzar  səfərinə  mediya nümayəndlərinin  marağı olduqça böyük idi.

Xezerxeber.az xəbər verir ki, "Rossiya-1" telekanlında  yayımlanan  "Moskva. Kreml. Putin" proqramının müəllifi, jurnalist Pavel Zarubin Azərbaycan liderinin səfəri ilə bağlı stend-up edərək xususi reportaj hazırlayır.

Azərbaycanda baş verən proseslərin böyük maraqla izləndiyini bildirir..

Azərbaycan və Rusiya liderləri təkbətək görüşərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər. Bu, həm də Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılmasından sonra iki dövlət başçısının regiondakı vəziyyətlə bağlı Moskvada apardığı müzakiələr idi.

Azərbaycan tərəfdaşları o cümlədən qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir...

Görüşdən sonra isə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirildi.

Veteranlar bildirir ki, Heydər Əliyev  insanları çox sevirdi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi.

Onlar xüsusi olaraq qeyd ediblər ki, Heydər Əliyev BAM-a nəzarət edən rəhbərlərin ən yaxşısı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla